AZ

OpenAI ChatGPT-nin zəka yürüşü

OpenAI tərtibatçıları GPT-4 Turbo dil modelinin yenilənmiş versiyasını buraxdıqlarını elan ediblər. GizmoChina xəbər verir ki, yeni versiya artıq ChatGPT chatbotunun premium istifadəçiləri üçün əlçatandır.
OpenAI-ə görə, GPT-4 Turbo əvvəlki versiya ilə müqayisədə təkmilləşdirilmiş yazı, kodlaşdırma və məntiq imkanlarını nümayiş etdirir. Olimpiada səviy­yəsində riyazi məsələlərin həllində irəliləyiş xüsusilə nəzərə çarpır.
Süni intellekt həm də daha aktual məlumatları bilir: GPT-4 2021-ci ilin sentyabr ayına qədər məlumatlara malik olsa da, Turbo 2023-cü ilin dekabrına qədər ic­timaiyyətə açıq məlumatlar üzrə təlim keçib. Bu, isti­fadəçilərin ən aktual nəticələr və məlumatları almasını təmin edir. Digər bir üstünlük kontekst ölçüsünün 50 səhifədən 300 səhifəyə qədər artırılmasıdır.
Qeyd etmək lazımdır ki, ChatGPT-nin əsas rəqibi Microsoft Copilot da daha böyük GPT-4 Turbo dil mo­delindən istifadə edir, üstəlik, o, pulsuz versiyada da mövcuddur. Doğrudur, o, yalnız sistemdə yük olma­yan dövrlərdə istifadə edilə bilər. 
Süni intellekt sahəsində inqilab vəd edən Chat­GPT-5-in 2024-cü ilin sonuna qədər işə salınması gözlənilir. Söhbət süni ümumi intellekt (AGI) konsep­siyasından gedir. Bu, o deməkdir ki, süni intellekt in­sanların həll edə biləcəyi istənilən problemi öyrənə biləcək. Bu həm də onu insandan az fərqlənməsinə imkan verəcək. 
XQ

Seçilən
49
17
Mənbələr
Şərh ()
Bağla