AZ

Azərbaycan–Serbiya əməkdaşlığı qarşılıqlı dəstəyə əsaslanır

Aprelin 16-da Serbiya Respublika­sının Prezidenti Aleksandar Vuçiç Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Ser­biyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqı­nın dəstəyini xahiş edib.
Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suve­renliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcə­yini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub. 
Dövlətimizin başçısı Serbiya Prezi­dentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çər­çivə Konvensiyasının Tərəflər Konfransı­nın Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib. 
Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.
Söhbət zamanı Azərbaycan və Serbi­ya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələ­rin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.
Prezidentin Mətbuat Xidməti

Seçilən
113
1
Mənbələr
Şərh ()
Bağla