AZ

Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. "Bizimyol.info" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub. Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib. Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib. Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.

Seçilən
92
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
19200
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17614
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12655
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7775
May ayında Azərbaycana qar yağdı - VİDEO
7583
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6894
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6839
Sabah 20 dərəcə isti olacaq
6171
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5850
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5706
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5567
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5502
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5410
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5222
Bu yol qovşağında təmir işləri aparılacaq
5165
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4776
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4610
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4535
Azərbaycan nefti ucuzlaşıb
4530
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4323