AZ

Cəlilabadda qanunsuz silahlar polisə TƏHVİL VERİLDİ

Cəlilabad rayon sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ednews-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.
Qeyd edilib ki, bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahı, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

Seçilən
234
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq