AZ

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib. Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahını, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
323
22
sherg.az

10Mənbələr