AZ

"Telegram"ın sahibi qarabaqara izlənir: "Agentlər arxamca düşdülər, mühəndisimi isə..."

Bu il Rusiya Prezidenti Vladimir Putindən müsahibə alan jurnalist Taker Karlson rusiyalı sahibkar və proqramçı Pavel Durovla yeni müsahibəsini dərc edib .

Publika.az xəbər verir ki, onların görüşü Dubayda rusiyalı sahibkarın ofisində baş tutub.

Dialoqda Durov ABŞ-da hazırlanmış platformaların təhlükəsizliyinə inanmadığını bildirib.

Karlson isə qeyd edib ki, ştatlarda casusluğa təhlükəsizlik baxımından haqq qazandırılır.

"Telegram"ın həmtəsisçisi Pavel Durov FTB və digər Amerika təhlükəsizlik xidmətlərinin göstərdiyi həddindən artıq diqqətdən danışıb.

“Biz harada olmağımızdan asılı olmayaraq FTB və digər təhlükəsizlik agentliklərinin diqqətini çox çəkirik. Məsələn, sonuncu dəfə ABŞ-da olarkən yanımda "Telegram"da işləyən bir mühəndis var idi. Kibertəhlükəsizlik nümayəndələri və ya agentləri mənim arxamca gizli şəkildə düşdülər, mühəndisimi işə götürməyə çalışdılar”, - Durov bildirib.

Seçilən
96
7
Mənbələr
Şərh ()
Bağla