AZ

“Telegram”ın təsisçisi amerikalı jurnalist Taker Karlsona müsahibə verib

“VKontakte” və “Telegram”ın təsisçisi Pavel Durov “Fox News” kanalının keçmiş aparıcısı, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinlə bir neçə saatlıq söhbət aparan amerikalı jurnalist Taker Karlsona müsahibə verib.

Azpost.info xəbər verir ki, bu barədə Durov özü Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, müsahibə video formatında yayımlanacaq və izləyicilər onu tezliklə görə biləcəklər.

Durov əlavə edib ki, Taker Karlson öz kanalını Telegram platformasında açır və oradakı elanları izləməyə çağırıb.

Azpost.info

Seçilən
118
7
Mənbələr
Şərh ()
Bağla