AZ

Borisov vaxt istəyir: "Görüləsi işlər çoxdur"

Futzal üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Gürcüstan yığmasına məğlub olub - 1:2.

Futbolpress.az xəbər verir ki, millinin baş məşqçisi Vitali Borisov görüşü belə şərh edib:

“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik. Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu. Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.
Seçilən
66
4
Mənbələr
Şərh ()
Bağla