AZ

Vitali Borisov: “Bu dəfə daha çox qol epizodumuz oldu”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün Gürcüstan yığmasına qarşı keçirdikləri ikinci yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, futzal yığmamız bu gün beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Komandamız bir neçə gün öncə eyni rəqibə eyni məkanda 2:3 hesabıyla da uduzmuşdu.

Matçla bağlı komandamızın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə bunları deyib:

“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik. Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu. Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.

Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla