AZ

Putin çeçen komandirə yüksək vəzifə verdi

Rusiya Prezidenti Vladimir Putin "Əhməd" xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinovun Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilməsi haqqında fərman imzalayıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, eyni fərmanla Alaudinov Rusiya Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandirinin müavini vəzifəsindən azad edilib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
Mənbələr
Şərh ()
Bağla