AZ

Nazir mayora yüksək vəzifə verdi

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Məşədiyev Arif Nazim oğlu Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb. O, bu təyinata qədər İsmayıllı RPŞ DYP bölməsinin rəisi olub.
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əvvəlki rəisi Azər Ələkbərov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri Xankəndi şəhər Polis şöbəsinin DYP bölməsinə rəis təyin edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
Mənbələr
Şərh ()
Bağla