AZ

Rusiyada 15 minə yaxın ev su altında qalıb

Rusiyanın 32 regionunda 15 minə yaxın yaşayış binası, 100-dən çox körpü və 80-ə yaxın avtomobil yolu sel suları altında qalıb.

Modern.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi “Ria Novosti”yə bildirib.

"Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının 32 subyektinin 173 bələdiyyəsinin 197 yaşayış məntəqəsində 14,96 min yaşayış binası su altında qalıb".

Onun sözlərinə görə, daşqın zonalarında həmçinin 102 körpü və 79 yol hissəsi var.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
452
34

1Mənbələr

Şərh ()
Bağla