AZ

Rusiyada sel suları altında qalan yaşayış binalarının sayı 15,6 mini keçib

Rusiyada yaz daşqınları nəticəsində su basan yaşayış binalarının sayı 15,6 minə, şəxsi torpaq sahələri isə 28 minə çatıb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, aprelin 15-i səhər saatlarına olan məlumata görə, Rusiyanın 33 regionunda 193 yaşayış məntəqəsində yaz daşqınları nəticəsində 15 641 yaşayış binası və 27 993 təsərrüfat sahəsi su altında qalıb.

Bildirilib ki, gün ərzində 3109 yaşayış binası və 4013 təsərrüfat sahəsi su altında qalıb, xüsusən də Orenburq, Samara, Kurqan və Omsk vilayətlərində yaşayış binaları su altında qalıb. Ən çətin daşqın vəziyyəti Orenburq vilayətində qalmaqdadır.

Ötən gün 35 rayonda 14 029 yaşayış binası və 25 112 təsərrüfat sahəsi su altında qalıb.

Seçilən
263
34
Mənbələr
Şərh ()
Bağla