AZ

ABŞ müdafiə naziri Ostin İsraili dəstəklədiyini bir daha bəyan edib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon danışığında ölkəsinin İsrailin müdafiəsinə dəstəyini davam etdirəcəyini bəyan edib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Pentaqondan verilən açıqlamada, Ostinin israilli həmkarı Qallant ilə telefon danışığında İranın 13 aprel şənbə günü İsrailə qarşı başlatdığı və ortaq müdafiə əməliyyatı, ABŞ, İsrail və müttəfiq qüvvələrin köməyi ilə qarşısı alınan hücumların nəticələrini müzakirə etdiyi bildirilib. Açıqlamada Ostinin ölkəsinin İsrailin müdafiəsinə və onun “strateji regional sabitlik hədəfinə” dəstəyini təsdiqlədiyi bildirilib. İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilabı Keşikçiləri Korpusunun 2-si general olmaqla ümumilikdə 7 iranlı məmur həlak olub. İran bəyan etmişdi ki, İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar buna cavab verəcəklər. İsrail İranın hücumuna cavab verəcəyini bəyan etmişdi. İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib. İran bəzi hədəflərin vurulduğunu, İsrail isə hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri ilə qarşısı alındığını açıqlasa da, raket cənubdakı hərbi bazaya düşüb. İsrail mətbuatı iddia edib ki, Təl-Əviv rəhbərliyi İranın hava hücumuna “aydın və təsirli” cavab vermək qərarına gəlib. Qadir, Bizimyol.info

Seçilən
166
50
Mənbələr
Şərh ()
Bağla