AZ

100 faizlik dəqiqlik: Berbatova çatdı, zirvəyə 2 qol qaldı

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer Premyer Liqanın 33-cü turunun "Everton"la matçında (6:0) poker edib.

Publika.az xəbər verir ki, 21 yaşlı futbolçu dördüncü qolunu penaltidən vurub.

"Squawka"nın məlumatına görə, Palmer Premyer Liqada yerinə yetirdiyi 9 penaltinin hamısında dəqiq olub. O, bu göstəricidə "Tottenhem" və "Mançester Yunayted"dəki çıxışları ilə tanınan Dimitar Berbatova çatıb. 11 metrlik cərimə zərbələrinin 100%-lik dəqiqliyinə görə onlar 2-3 yerləri bölüşürlər.

Birinci sırada 11 qolla Yaya Ture qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
26
publika.az

10Mənbələr