AZ

“Sabah” 100-cü səfər qoluna üzüldü

Premyer Liqanın 2023/2024 mövsümündə qeyri-sabit çıxış edən “Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la səfər görüşünə təsadüf edib.

Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.

“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb.

Qeyd edək ki, “bayquşlar” cari mövsümdə 29 oyuna topladıqları 40 xalla 5-ci pillədə qərarlaşıblar. 11 qələbə qazanmış paytaxt təmsilçisi 7 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 39 top keçirmiş komanda 35 qol buraxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
26
arena.az

10Mənbələr