AZ

Pəhrizdə çörək, makaron və kartofla qidalanmaq olar – RƏY

Adətən insanlar pəhrizdə çörək, makaron, kartof və bir çox digər bu kimi qidaları məhdudlaşdırmağa öyrəşiblər. Əslində bu qidalar ziyanlı deyil, onları yemək tərzi səhvdir.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Yekaterina Volkova danışıb.

Mütəxəssis arıqlamaq istəyənlər üçün “qadağan olunmuş” ərzaqlardan ilk olaraq makaron haqqında danışıb. Onun sözlərinə görə, bu məhsul bərk növlərdən, tam taxıllardandırsa, onunla qidalanmaq faydalıdır, makaron orqanizmi uzunmüddətli enerji verən “yavaş” karbohidratlar və liflə təmin edir. Bununla belə bu məhsuldan istehlak üçün optimal miqdar 70 qramdır.

“Pəhrizdə olsanız, belə rasionda məqbul olan ikinci məhsul kartofdur. 70-80 qram bişmiş və ya qaynadılmış kartof sizə yaxşı təsir edəcək. Təzə kartof seçmək daha yaxşıdır”, – deyə həkim əlavə edib.

Diyetoloq rasionda vacib ərzaqlardan birinin də pendir olduğunu bildirib. Onun sözlərinə görə, tərkibində kalsium, fosfor, sink, “A”, “B1”, “B2”, “B12”, “C”, “D”, “E”, “PP” vitaminləri, amin turşuları olan bu ağartı qadağan edilməməlidir.

“30 qram sərt pendir həmçinin şirin bir şey istəyini azaldır”, – deyə o vurğulayıb.

Voldova pəhriz saxlayanların özlərinə qadağan etdikləri digər iki məhsulun çörək və banan olduğunu bildirib.

“Tam taxıl çörəyini seçməliyik. Onun tərkibində vitaminlər, fermentlər, mikro və makro elementlər, lif var. Banana gəlincə, artıq yetişmiş, şirin olanları yemək olmaz. Bizim (arıqlamaq istəyənlərin) bananları yaşıldır, onların tərkibində sadə nişasta deyil, “davamlı” nişasta var”, – deyə həkim sözlərini yekunlaşdırıb.

Seçilən
166
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18206
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17577
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16785
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15299
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14283
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13406
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12765
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12100
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10743
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10562
"Zaur, yenə çaşdın..." - VİDEO
8447
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7365
Minimum əmək haqqı nə qədər arta bilər?
6616
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6536
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6151
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5250
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5207
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4832
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4473