AZ

Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə İsrailin Milli təhlükəsizlik Şurasının sədri Tsaxi Haneqbi arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, tərəflər İranın İsrailə birbaşa hücumundan sonra Yaxın Şərqdə yaranan vəziyyəti müzakirə edib.

N.Patruşev Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün bütün tərəflərin təmkin nümayiş etdirməsinin vacibliyini vurğulayaraq ölkəsinin diplomatik həll tərəfdarı olduğunu söyləyib.


Müəllif: Teleqraf.com
Seçilən
187
5
Mənbələr
Şərh ()
Bağla