AZ

Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian britaniyalı həmkarı Devid Kemeron ilə telefon danışığı aparıb .

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Abdullahian bildirib ki, Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır.

 

"İran İslam Respublikası regionda gərginliyin artmasına müsbət yanaşmır, lakin İsrail rejimi təxribatlar törətmək istəsə, bizim növbəti cavabımız dərhal, daha sərt və genişmiqyaslı olacaq", -o qeyd edib .

Seçilən
223
23
Mənbələr
Şərh ()
Bağla