AZ

BMT Təhlükəsizlik Şurasında İran-İsrail müzakirəsi - GƏRGİNLİK YAŞANDI

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə təcili iclas keçirib. İclasda BMT-nin 5 daimi üzvü arasında yaşanan gərginlik diqqət çəkib. Sherg.az xəbər verir ki, ABŞ, İngiltərə və Fransa İranı qınayıb, İsraili dəstəklədiyi halda, Rusiya və Çin nümayəndələri İsrailin İranın Dəməşq missiyasına zərbə endirməsinə niyə reaksiya verilmədiyini soruşublar.ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud çıxışına İranı qınamaqla başlayıb və BMT Təhlükəsizlik Şurasının İrana qarşı addım atması lazım olduğunu müdafiə edib."TEHRAN MƏSULİYYƏT OLMALIDIR"Vud deyib: "İranın ehtiyatsız davranışı təkcə İsrail xalqı üçün deyil, həm də İordaniya və İraq kimi bölgədəki BMT-yə üzv olan digər ölkələrin xalqı üçün də təhlükə yaradır. Təhlükəsizlik Şurasının İranın hərəkətlərini qiymətləndirmək öhdəliyi var”İranın Hizbullah və Husilər kimi bölgədəki qollarından istifadə edərək beynəlxalq təhlükəsizliyi təhdid etdiyini irəli sürən Vud, İranın bölgədə gərginliyi artıran hərəkətlərinin yaxından izlənilməli və İranın BMT Təhlükəsizlik Şurası qarşısında məsuliyyət daşımalı olduğunu bildirib.İNGİLTERƏ VƏ FRANSADAN İSRAİLƏ DƏSTƏKDaha sonra çıxış edən İngiltərənin BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord da İranı İsrailə hücumlarına görə qınayıb və Tehranın bu hücumlara görə məsuliyyət daşıdığını ifadə edib.Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer də İsraili tam dəstəklədiklərini və İranı şiddətlə qınadıqlarını bildirib. Fransa təmsilçisi İranın BMT Təhlükəsizlik Şurası qarşısında məsuliyyət daşıması üçün səy göstərəcəklərini bildirib.RUSİYADAN DƏMƏŞQ HÜCUMUNA ARAYIŞDigər tərəfdən, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia ötən həftə İsrailin Dəməşqdə hədəfə aldığı İranın diplomatik missiyası ilə bağlı məsələni gündəmə gətirib.Nebenzia xatırladıb ki, istənilən ölkənin diplomatik missiyasının vurulması müvafiq beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır, lakin bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıranda ABŞ, Böyük Britaniya və Fransa bunu qınamaq qərarına mane olub.Nebenzia, "İndi gördüyümüz nəticə odur ki, diplomatik nümayəndəliyə hücum beynəlxalq hüquqa görə "casus belli" (müharibə səbəbi) sayılır. Əgər bir Qərb ölkəsinin diplomatik missiyası vurulsaydı, dərhal ondan danışardınız" - deyib.BMT TŞ-nin İran və İsrailə münasibətdə ikili standartlar tətbiq etdiyini əsas gətirən Nebenzia, İranın özünümüdafiə üçün hərəkət etdiyi fikrini ifadə edib.ÇİN: İSRAİLİN HÜCÜMÜ QANUNUN AÇIQ POZULMASIDIRÇinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun da İsrailin İranın diplomatik missiyasına hücumunun beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu müdafiə edərək, İranın əks-hücumunun "bölgədə gərginliyin artması" baxımından narahatlıq doğurduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
50
Mənbələr
Şərh ()
Bağla