AZ

İsrail BMT-də SEPAH-ı terrorçu elan etmək istəyir

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Təhlükəsizlik Şurasının təcili iclasında İrana qarşı əlavə sanksiyaların tətbiqinə çağıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.

 

Diplomat İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını xahiş edəcək.

 

Qeyd edək ki, İsrailin tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası baş tutacaq. “İsrail Şuradan hücumu qətiyyətlə pisləməyi, İrana qarşı tədbir görməyi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməyi, Təhlükəsizlik Şurasının qətnamələrini və nüvə sazişini pozduğuna görə İrana qarşı sanksiyalar tətbiq etməyi tələb edəcək”, - Daimi Nümayəndə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
50
Mənbələr
Şərh ()
Bağla