AZ

"Sabah" "Qarabağ"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.AzVision.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Səbail" "Kəpəz"i qəbul edib. Dramatik oyun 3:3 hesabı ilə başa çatıb.

28-ci turda çempionluğunu rəmiləşdirən "Qarabağ" isə səfərdə "Sabah"la qarşılaşıb. Oyunda "Sabah" Ağdam təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib.

19:00."Sabah" – "Qarabağ" - 3:2

Qollar: Leandro Andrade, 7 (0:1), Amin Seydiyev, 17 (1:1), Cesse Sekidika, 39 (2:1), Tellur Mütəllimov, 57 (3:1), Nəriman Axundzadə, 77 (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
"Bank Respublika Arena"

16:30."Səbail" – "Kəpəz" - 3:3

Qollar: Elmir Tağıyev, 25 (0:1), Latir Fal, 29 (0:2), Pedro Nuno, 49 (1:2), Aleksandr Ramalinqom, 53 (2:2), Rüfət Abdullazadə, 73 (3:2), Mate Kvirkviya, 90+6 (3:3)

Qırmızı vərəqə: Adi Mehremiç, 90+2 ("Səbail")
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena"

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
8
Mənbələr
Şərh ()
Bağla