AZ

Premyer Liqa: “Qarabağ”ın qələbə seriyasına “Sabah” son qoydu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında çempionluğu bir neçə tur öncədən təmin etmiş “Qarabağ” səfərdə “Sabah”la üz-üzə gəlib.

Son iki matçında məğlubiyyətlə üzləşmiş “bayquşlar”ın uzun müddətdir büdrəməyən Ağdam təmsilçisinə necə problem yaradacağı maraq doğururdu. Bu komandalar əvvəllər 22 oyunda üz-üzə gəlmişdilər. “Sabah” cəmi 1 oyunda “Qarabağ”a qalib gəlmişdisə, Ağdam təmsilçisi bunu 14 dəfə bacarmışdı. 7 görüş də sülhlə bitmişdi. “Qarabağ” son 5 görüşdə bu rəqibinə qol vurmuşdu. “Sabah”ın son iki ev matçında hər iki komanda qol sevinci yaşamışdı.

Bu oyunda hesabı Ağdam təmsilçisi açıb. Amma sonrakı dəqiqələrdə ardıcıl 3 qol vuran “Sabah” əzmkar qələbəyə imza atıb. “Qarabağ”ın gücü yalnız hesab arasındakı fərqi azaltmağa çatıb. Beləcə, çempion komanda uzun müddətdən sonra meydanı xalszı tərk edib.

Qurban Qurbanovun çalışdırdığı kollektiv ölkə çempionatında sonuncu dəfə ötən il oktyabrın 30-da səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabıyla uduzmuşdu. Ağdam təmsilçisinin ondan sonrakı yeganə xal itkisi isə məhz “Sabah”la ev oyununa təsadüf etmişdi. Bu il fevralın 11-də keçirilmiş həmin oyunda 3:3 hesablı heç-heçə qeydə alınmışdı. Bir sözlə, “Sabah” “Qarabağ”ın 7 oyunluq qələbə, 18 oyunluq məğlubuyyətsiz seriyasına son qoyub.

Premyer Liqa
30-cu tur
14 aprel

“Sabah” – “Qarabağ” 3:2
Qollar: Amin Seydiyev, 16. Jesse Sekidika, 38. Tellur Mütəllimov, 56 – Leandro Andrade, 7. Nəriman Axundzadə, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
“Masazır Arena”, 19:00.

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 66. Əhməd Tanrıverdiyev, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh.
Baş məşqçi: Krunoslav Renduliç.

Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva.
Baş məşqçi: Qurban Qurbanov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
1
arena.az

10Mənbələr