AZ

Ağ Ev İranla münaqişə etmək istəmədiyini AÇIQLADI

Birləşmiş Ştatlar İran İslam Respublikası ilə münaqişəni genişləndirmək istəmir və ya genişləndirmək niyyətində deyil.

Publika.az "The Hill" qəzetinə istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz vəziyyətin gərginləşməsini istəmirik. Biz İranla daha böyük müharibə istəmirik", - ABŞ rəsmisi bildirib.

O qeyd edib ki, İranın raket və PUA hücumları İsrailə son dərəcə yüngül ziyan vurub.

Seçilən
199
50
Mənbələr
Şərh ()
Bağla