AZ

Ağ Ev: Konqresin hərəkətsizliyi Moskvanın Ukrayna cəbhəsindəki məqsədlərinə xidmət edir...

ABŞ "tiranlıqla mübarizə aparmaq" və Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini dayandırmaq üçün üzərinə düşəni etməlidir və Ukraynaya dəstəyini davam etdirməlidir...Poliqon “Amerikanın səsi” radiostansiyasına istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.Jurnalistin Ukraynaya dəstək üçün qanun layihəsinin taleyi ilə bağlı sualını cavablandıran Jan-Pier vurğulayıb ki, “Ukraynanın cəbhədə mövqelərini itirməsində Konqres günahkardır”.“Ukraynaya kömək etmək istəyiriksə, öz azadlığı uğrunda mübarizə aparan Ukrayna qarşısında öhdəliklərimizi yerinə yetirmək istəyiriksə, öz üzərimizə düşəni etməliyik. Biz dəstəyimizi davam etdirməliyik. Biz tiranlıqla mübarizə aparmasaq, diktatoru dayandırmasaq, nə olacağını bilirik. Biz keçmişdə tarixin necə inkişaf etdiyini bilirik və iki ildən artıqdır ki, ukraynalıları dəstəkləyirik”, deyə Jan-Pyer xatırladıb.Ağ Evin mətbuat katibi həmçinin əmin olduğunu bildirib ki, “Əgər Nümayəndələr Palatasının spikeri Mayk Conson “milli təhlükəsizlik” maddəsi ilə Ukraynaya yardım qanun layihəsini təqdim edərsə, o, böyük dəstək alacaq.Poliqon.info

Seçilən
194
50
Mənbələr
Şərh ()
Bağla