AZ

Səfərbərlik qanunu dəyişir – Qadınlar üçün də məcburi olacaq

Səfərbərlik haqqında yeni qanun hələ baxılmağa başlamazdan əvvəl ayrı-ayrı Teleqram kanallarında ölkədə qadınların səfərbərliyi ilə bağlı qanunvericiliyə dəyişikliyin ediləcəyi məlumatı yayılıb. Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi bunu təkzib edib.

Ukraynalı hüquqşünas Lüdmila Kroxmalyuk isə səfərbərliyin olacağını deyib.

Ekspert bildirib ki, müvafiq yaşda və sağlamlıqda olan, tibb və ya əczaçılıq ixtisasına malik qadınlar məcburi hərbi qeydiyyata alınacaq:

“Hərbi qeydiyyatla bağlı ixtisası və ya peşəsi olan qadınlar öz xahişləri ilə hərbi qeydiyyata alınacaqlar. Bu, bütün qadın həkimlər və əczaçıların səfərbər ediləcəyi anlamına gəlmir.

Yenilənmiş qanun layihəsində hərbi uçotda olan qadınların yalnız onların razılığı ilə - könüllülük əsasında hərbi xidmətə çağırıla və ya müharibə vaxtı dövlətin müdafiəsini təmin etmək üzrə işlərin görülməsinə cəlb edilə biləcəyini nəzərdə tutan müddəa öz əksini tapıb”.

Kroxmalyuk qeyd edib ki, qanunda orduda gender bərabərliyi məsələsini tənzimləyən norma var. Həmçinin o vurğulayıb ki, hərbi qeydiyyatın müəyyən edilmiş qaydalarına əməl edilməməsi inzibati cərimənin tətbiqini nəzərdə tutur. Ekspert bu baxımdan cərimələrin artırılacağına da diqqət çəkib.

Lüdmila Kroxmalyuk yeni qanunun kimlərə şamil olunacağını da açıqlayıb:

“Kimə şamil olunacaq? Həkim və əczaçı, eləcə də müqavilə ilə könüllü xidmətə gedən qadınlara.

Bəs xaricdəki qadın həkimlər və əczaçılar? Belə məhdudiyyətlər yalnız kişilərə şamil olunacaq.

Bəs qız tələbələr? Ali təhsil müəssisələrində tələbə qızlar üçün ilkin hərbi hazırlıq könüllülük əsasında aparılacaq. Hərbi vəziyyət dövründə bunun müddəti üç aya qədər olacaq. İcrasına 2025-ci il sentyabrın 1-dən başlanacaq.

Qanun nə vaxt qüvvəyə minəcək? Hazırda qanun Ali Rada sədrinin imzası üçün hazırlanır, bundan sonra prezident tərəfindən imzalanmalıdır. Yalnız bundan sonra sənəd rəsmi dərc olunacaq və dərc edildiyi gündən bir ay sonra (müəyyən müddəalar istisna olmaqla) qüvvəyə minəcək”./Teleqraf.com

Seçilən
81
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20061
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19145
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18155
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17497
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16258
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16003
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15959
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15246
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11763
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8795
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7945
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7912
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7652
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7353
Minimum əmək haqqı nə qədər arta bilər?
7012
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6852
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6131
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5700