AZ

Ukraynada qadınların hərbi xidmətə çağırılması təklif olunur

Ukraynada İsrail modelinə uyğun olaraq qadınlar da hərbi xidmətə çağırılmalıdır.“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva “The Times”ə müsahibəsində deyib.O bildirib ki, Ukrayna yaxın illərdə qadınların da səfərbərliyinə hazır olmalıdır: “Konstitusiyamızda yazılıb ki, hər bir ukraynalının vəzifəsi öz ölkəsini müdafiə etməkdir. Ona görə də qadınların da xidmət etməsi düzgündür. Biz də İsrail kimi etməliyik. Buna hazır olmaq lazımdır”.Qeyd olunub ki, Ukrayna ordusunda xidmət edən qadınların onda birindən az hissəsi aktiv döyüş tapşırıqlarını yerinə yetirir, qalanları isə həkim, kəşfiyyatçı və idarəçi kimi çalışır: “Biz qanunvericilik baxımından çox yol qət etmişik, amma praktikada hələ də köhnə məktəb təfəkkürü var. Məktəb yaşından etibarən ölkədə qızlar və oğlanlar arasında fərq qoyulur. Oğlanlar fiziki fəaliyyətlə, qızlar toxuculuq və ya ev işləri ilə məşğul olur. Bu yanaşma dəyişilməlidir. Həm fiziki, həm də psixoloji cəhətdən biz qızları uşaqlıqdan ölkənin müdafiəsinə hazırlamalıyıq”.Məlumata görə, hazırda Ukrayna ordusunda qadın hərbçilərin üzləşdiyi əsas problem onlar üçün geyimlərin olmamasıdır.Xatırladaq ki, Ukrayna hökumətinin məlumatına görə, hazırda Silahlı Qüvvələrdə 65 min qadın xidmət edir.

Seçilən
76
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1083
Bu yol qovşağında təmir işləri aparılacaq
710
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
411
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
350
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
323
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
305
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
248
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
202
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111