AZ

“İST Petrol” yanacaqdoldurma məntəqəsindəki benzinə su qatılıb?

Vətəndaşlar ölkədə fəaliyyət göstərən “İST Petrol” yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər.




“Yeni Gundem” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, videogörüntülərdə “İST Petrol” yanacaqdoldurma məntəqəsindəki plastik butulkalara doldurulan yanacağın müxtəlif rənglərdə olduğu görünür. Sürücülər anlaşılmazlığın səbəbini öyrənmək üçün yanacaqdoldurma məntəqəsinə gələrək etiraz ediblər.
Yanacağa su qataraq vətəndaşların aldadıldığı iddia edilib.
 
“İST Petrol” yanacaqdoldurma məntəqəsi ilə bağlı irəli sürülən iddialara cavab olaraq “SOCAR Petroleum” QSC-dən Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı operativ şəkildə araşdırma aparılıb:
 
“Belə ki, “SOCAR Petroleum” QSC 11 aprel 2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürüb. Bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan, araşdırma aparılıb. Aparılan araşdırmanın nəticəsində sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən “SOCAR Petroleum” QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb. Belə ki, 11 aprel 2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzində yanacaq dolduran sürücülərin problemləri qeydə alınıb. Hər bir sürücü ilə fərdi qaydada danışıqlar aparılıb. Onların problemləri dinlənilib və həmin problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib”.

Seçilən
182
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4004
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3697
Bu yol qovşağında təmir işləri aparılacaq
3226
Bakıda hoteldə yanğın başlayıb
2757
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1863
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1710
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1563
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1518
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1503
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1299
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1283
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1213
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1204
Azərbaycan nefti ucuzlaşıb
1083
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1008
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1002
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
973
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
958
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
906
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
871