AZ

“2025 Mercedes EQS” təqdim edildi: Dizayn yenilənib - FOTO

“Mercedes” uzun müddətdir lüks avtomobilləri ilə məşhur olan bir markadır. “EQS” modeli ilə də bu ada layiq olan şirkət, tam elektrikli lüks modeli ilə texnologiya baxımından təriflər alıb. Lakin dizayn bildiyimiz “Mercedes” xəttindən çox uzaq idi. İndi bu istiqamətdə ilk addım atılıb.  

Avtosfer.az xəbər verir ki, yenilənmiş “2025 Mercedes EQS” təqdim olunub. 

Lüks model olduğu üçün bütün detallar əslində içəridədir. Üzərində işlədiyi bütün texnologiyaları “2025 EQS”ə köçürən şirkət, 5 mm-lik köpüklərə qədər tənzimlənə bilən təkmilləşdirilmiş “Nappa” dəri arxa oturacaqları ilə gözləriniz bağlı olduqda belə sizə özünü “S” seriyası kimi hiss etdirməyi bacarır.  

Model 118 kVt/saat batareya daşıyır. Yeni zolaq dəyişdirmə funksiyası və yeni əyləc proqramı ilə texnologiya baxımından da inkişaf edən “EQS” 104 min dollardan başlayan qiymətlərlə satılacaq.  

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Seçilən
148
50
Mənbələr
Şərh ()
Bağla