AZ

Zelenski Ukrayna əks-hücumunun niyə uğursuz olduğunu açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski 2023-cü ilin yayında Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücumunun niyə uğursuz olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Axel Springer”ə müsahibəsi zamanı danışıb.
Zelenski bildirib ki, əks hücum planları ilə bağlı əvvəlcədən Rusiyada məlumat olub:
“Ruslar bizim hara hücum edəcəyimizi bilirdilər. Hardan bildilər? Bu məlumatı haradan əldə ediblər? Bunu sizə deyə bilmərəm. Tarix göstərəcək. Ötən ilki əks-hücum o qədər də uğurlu olmayıb. İstədiyimiz nəticəni əldə edə bilmədik”.
Prezident bəzi problemlərə görə Ukraynanın da günahkar olduğunu bildirib. O qeyd edib ki, qoşunlar düzgün təchiz olunmayıb.
Bununla belə, Zelenski əlavə edib ki, əks-hücumun müsbət tərəfləri də olub:
“Məsələn, Qara dənizdə nə etdik. Bu, müsbət idi. Qara dənizdə alternativ taxıl dəhlizi yaratdıq və Rusiya donanmasının bir çox hissəsini məhv etdik. Bütün bunlar böyük uğurdurmu? Bir tərəfdən baxanda, yox. Digər tərəfdən baxdıqda isə Ukrayna sağ qaldı, bu, böyük uğurdur”.
Zelenski həmçinin bildirib ki, artıq 2024-cü il üçün də Ukraynanın əks-hücum planları var.
Seçilən
209
50
Mənbələr
Şərh ()
Bağla