AZ

Ukrayna böyük həcmdə İran silahını əldə edib

 
"Bu silahlar İran tərəfindən Yəmən husiləri üçün göndərilib, lakin ABŞ onları müsadirə edib..."
 
"Bu silahlar Ukraynanın Rusiya təcavüzündən müdafiə olunmasına kömək edəcək..."
 
ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinə Yəmən üçün nəzərdə tutulan, lakin ələ keçirilən İran istehsalı olan böyük həcmdə silah ötürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib. Məlumatı "comments.ua" nəşri yayıb.
 
Məlumatda deyilir ki, aprelin 4-də Ukrayna o cümlədən 5 mindən çox AK-47 avtomat, pulemyot, snayper tüfəngi və RPQ-7 qumbaraatan əldə edib. Bu silahlarla birlikdə 500 mindən çox 7, 62 mm çaplı patronlar verilib.
 
"Bu maddi vəsaitlər Ukraynanın bir briqadasını yüngül atıcı silahla təchiz etmək üçün yetərlidir. Bu silah Ukraynanın Rusiya təcavüzündən müdafiə olunmasına kömək edəcək", - məlumatda deyilir.
 
Qeyd edilir ki, bu silah amerikalı hərbçilər tərəfindən 22 may 2021-ci ildən 15 fevral 2023-cü ilədək BMT qətnaməsini pozaraq öz yükünü Yəmən husilərinə tədarük etməyə cəhd edən dörd müxtəlif gəmilərdən müsadirə edilib.
 
Qeyri-qanuni çatdırılma ABŞ, İsrail və bir sıra dövlətlər tərəfindən terrorçu təşkilat kimi tanınan İranın militarist "İran İnqilabı Keşikçiləri Korpusu" tərəfindən həyata keçirilməyə cəhd edilib.
 
Yəmən ətrafında vəziyyət - son xəbərlər
 
Xəbər verildiyi kimi, bu ilin yanvar-fevral aylarında ölkənin böyük hissəsinə nəzarət edən və İran tərəfindən dəstəklənən Yəmən husiləri (bu, həlak olan liderləri Hüseyn əl-Husinin şərəfinə adlandırılan dini-siyasi hərəkatdır) Qırmızı dənizdə mülki gəmilərə bir sıra raket-dron zərbələri endirib, bununla da faktiki olaraq dünyanın əsas nəqliyyat arteriyalarından birini bloklayıb.
 
Bundan başqa, martın əvvəlində Avropa və Asiya arasında internet-trafikin xeyli hissəsinin keçdiyi sualtı kabel rabitəsi zədələnib. Hesab edilir ki, bu da husilərin əl işidir.
 
Fevral ayında ABŞ və müttəfiqləri husilərin hərbi obyektlərinə bir sıra hava zərbələri endirib, bundan sonra terrorçuların regionda fəallığı bir qədər azalıb.
Seçilən
120
50
Mənbələr
Şərh ()
Bağla