AZ

Rus əsgər Ermənistandan hara qaçırılıb? - ŞOK

Gümrüdə Rusiya hərbi polisi döyüşməkdən imtina etdiyi üçün Rusiyada axtarışda olan rus əsgəri Anatoli Şçetinini qaçırıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor bölməsinə istinadən “İmportant Stories” nəşri məlumat yayıb.

 

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Şçetinin 102-ci Rusiya hərbi bazasının ərazisində saxlanılıb və hazırda təyyarə ilə Rusiya Federasiyasına göndərilməyə hazırlanır.

 

HSA-nın Vanadzor ofisinin rəhbəri Artur Sakunts nəşrə bildirib ki, Şetininin hansı şəraitdə saxlanıldığı hələlik məlum deyil.

 

Qurum yaydığı bəyanatda kişinin qaçırılmasının Ermənistan qanunlarını pozduğunu bildirib.

 

2023-cü ilin dekabrında Rusiya ordusundan fərarilik etmiş hərbçi Dmitri Setrakov Gümrüdə saxlanılıb. Həbsindən 12 gün sonra Rusiyaya aparılıb.

 

Miri

 

Seçilən
152
36
Mənbələr
Şərh ()
Bağla