AZ

Rus kəşfiyyatı Ermənistana qaçmış rusları izləyir - Hüquq-mühafizə orqanlarından açıqlama

İrəvan və Gümrüdə yaşayan rusları rus hərbi geyimli şəxslər izləyir. “AzPolitika” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb. Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Ermənistana gələn rusiyalı fəallar tez-tez evlərinin yaxınlığında şübhəli adamlar görürlər. Helsinki Vətəndaş Assambleyasından Artur Sakunts deyib ki, bəzi naməlum şəxslər qonşularından ruslar haqqında soruşurlar. Onun sözlərinə görə, rus hərbi geyimli şəxslər Ermənistan nömrəli avtomobildən istifadə edirlər, lakin avtomobilin özü qeydiyyatda deyil.Ermənistan Daxili İşlər Nazirliyi də öz növbəsində rusların mümkün izlənilməsi ilə bağlı bəyanatında avtomobil nömrəsinin qeyd olunmadığını bildirib. İdarədən qeyd ediblər ki, zəruri məlumatlar daxil olan kimi əməkdaşlar yoxlamaya başlayacaq.Helsinki Vətəndaş Assambleyası iddia edir ki, Rusiya hüquq-mühafizə orqanları və ya xüsusi xidmət orqanları İrəvanın icazəsi olmadan qeyri-qanuni kəşfiyyat fəaliyyəti həyata keçirir. Ermənistan Prokurorluğu araşdırma aparacağını bildirsə də, hüquq müdafiəçiləri hələ də cavab almayıblar.


Sakunts vurğulayıb ki, əgər Ermənistan hüquq-mühafizə orqanları Rostov vilayətindən müharibəyə səfərbər olunmuş rusiyalı Dmitri Setrakovun işinə lazımi diqqət yetirsəydilər, Rusiyadan gələn mühacirlərə qarşı heç bir müşahidə aparıla bilməzdi. O, altı aya yaxın Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətində mövqelərində olub və ötən ilin aprelində qaçıb.Rusiyalı hüquq müdafiəçiləri Setrakovun Ermənistana getməsinə kömək ediblər. Ötən ilin dekabrında Setrakov Ermənistanda saxlanılaraq Rusiyaya göndərilib. Hüquq müdafiəçiləri həbsin Rusiya hərbi polisi tərəfindən həyata keçirildiyini deyirlər.Rusiyanı tərk edərək Ermənistana gedən jurnalist Yan Şenkman da öz növbəsində “Azadlıq” radiosuna bildirib ki, rusların izlənməsi ən azı iki ildir davam edir. “Məsələn, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bütün müharibə əleyhinə mitinqlərdə açıq şəkildə iştirak edirlər”, - Şenkman bildirib.“AzPolitika.info”

Seçilən
155
36
Mənbələr
Şərh ()
Bağla