AZ

İsrail cəzalandırılacaq və lazımi cavabını alacaq - Abdullahian hədələdi

İsrailin İranın Dəməşqdəki konsulluğunu hədəf almasından sonra Tehrandan Suriyaya ilk yüksək səviyyəli səfər baş tutub. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian regional səfəri çərçivəsində Suriyanın paytaxtı Dəməşqdə Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad ilə görüşüb.

Ölkə.Az xəbər verir ki, görüşdə Abdullahian İsrailin İran Konsulluğunu hədəfə alması ilə bağlı mövqeyini bir daha açıqlayaraq bildirib ki, bu, cavabsız qalmayacaq. "İsrail rejimi cəzalandırılacaq və lazımi cavabı alacaq", - iranlı nazir deyib.

Suriyanın təhlükəsizliyini öz təhlükəsizlikləri hesab edən Abdullahian bunları qeyd edib: “İran konsulluğuna hücum etməklə İsrail bir daha göstərdi ki, heç bir beynəlxalq razılaşmaya məhəl qoymur. Netanyahu öz siyasi gələcəyinə son nöqtəni qoyur".

O eyni zamanda əlavə edib ki, konsulluğa hücum ABŞ təyyarələri və raketləri ilə həyata keçirilib. “Konsulluğumuza hücum müharibənin bölgəyə yayılması üçün atılan təhlükəli addımdır. ABŞ məsuliyyəti öz üzərinə götürməkdən qaça bilməz", - iranlı nazir bildirib.

Abdullahianın Dəməşqə səfəri zamanı İranın yeni konsulluq binasının açılış mərasiminin keçiriləcəyi də bildirilib. 

Mürtəza
Ölkə.Az

Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla