AZ

İsrail Rəfaha hücum planını TƏSDİQLƏDİ – BMT narahatdır

İsrail hökuməti ordunun Qəzzadakı Rəfah şəhərinə hücum üçün əməliyyat planlarını təsdiqləyib. 

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O qeyd edib ki, İsrail hərbçiləri əhalini təxliyə etməyə hazırlaşır. Baş nazir vurğulayıb ki, beynəlxalq təzyiqlər əməliyyata təsir etməyəcək.

Netanyahu onu da deyib ki, Rəfah əməliyyatı HƏMAS yaraqlılarını məhv etmək üçün zəruridir. “İsrailin Baş naziri olaraq, mən hər şeyi edirəm və yaxınlarımızı evə gətirmək üçün hər şeyi edəcəyəm”, – o vurğulayıb.

Baş nazir, həmçinin qeyd edib ki, İsrail danışıqlarda çeviklik nümayiş etdirir, HƏMAS nümayəndələri isə şərtlərini sərtləşdirir.

Xatırladaq ki, Benyamin Netanyahu fevralın 9-da Rəfahda genişmiqyaslı hərbi əməliyyata hazır olduqlarını açıqlamışdı.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rəfahda 1 milyondan çox fələstinli var. BMT İsrailin Rəfah əməliyyatının nəticələrinin fəlakətli olacağı barədə xəbərdarlıq edib.

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla