AZ

Vurduğu ziyanın 250 min manatını ödəsə də, hakim ev dustaqlığına buraxmadı 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Şahsuvar Həsənovun məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilənin bacısının əri  şahid qismində dindirilib. Məmmədov Elşən Heydər oğlu ifadə verərək bildirib ki, onu Şahsuvarın halı pis olduğu üçün evə çağırıblar: "Zəng gəldi ki, Şahsuvarın halı pisdir, evə gəl, epilepsiyası tutub. Gəldim, dedilər problemi var, pul çatdırmalıdır. Xəstəliyi ilə əlaqədar borc edib. 10 il ərzində 300 min manat borcu yaranıb. Uşağı olmurdu, hər ay müalicəyə pullar xərcləyib. Ayaqqabı yeri var idi, icarəyə işlədirdi. Zərərçəkmişlə görüşmüşük, deyib ki, Şahsuvarın 800 min manat borcu var. Mən Talehdən bağlamada pul götürüb Şahsuvara gətirmişəm, amma bilmirdim nə qədər puldur".

Şahsuvar Həsənovun hüquqlarını müdafiə edən vəkil Azər İbrahimov müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış edib: "Zərərçəkən Taleh Bayramovun banka olan 10 min manat borcu da müvəkkilim tərəfindən bağlanıb. Real götürülən 250 min manat ziyan da ödənilib. Şikayətçi həm notarius vasitəsi ilə, həm də yazılı formada ifadəsi ilə barışdığını bildirib. Təqsirləndirilən epilepsiya xəstəsidir. Xahiş edirəm həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edəsiniz". 

Dövlət ittihamçısı Orxan Səmədov vəkilin vəsatətinin təmin olunub-olunmamasını hakimin mülahizəsinə buraxıb.

Hakim növbəti prosesdə zərərçəkənin iştirakından sonra vəsatətə baxacağını bildirib.

Qeyd edək ki, zərərçəkən  Taleh Bayramov cins şalvarların topdan satışı ilə məşğul olub. Təqsirləndirilən Şahsuvarla aralarında biznes əlaqələri olub. Xüsusi külli miqdarda məbləğdə elə biznesə görə verilib. 

Proses aprel ayının 15-nə kimi təxirə salınıb. 

Azər İsrafilov

Seçilən
209
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20823
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19281
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18235
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17617
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16662
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16450
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16071
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15415
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11908
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11255
"Zaur, yenə çaşdın..." - VİDEO
8840
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8738
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8045
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7984
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7450
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7121
Minimum əmək haqqı nə qədər arta bilər?
7064
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6287
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731