AZ

Azərbaycanın rəqəmsal inkişafı BMT-də diqqət mərkəzindədir

Aprelin 22 – 26-sı tarixlərində Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 80-ci sessiyası keçirilib.  

"Unikal" xəbər verir ki, İRİA-nın sədrinin müavini Rəşad Xalıqov Sessiya çərçivəsində 22 apreldə baş tutan paralel tədbirdə “Rəqəmsallaşmanın genişlənməsi: İnnovasiyanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu“ mövzusunda natiq qismində çıxış edib. Agentlik rəsmisi öz çıxışında Azərbaycanın regiondakı rəqəmsal inkişafa verdiyi töhfədən bəhs edərək rəqəmsallaşmada region ölkələri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb və UNESCAP ilə bu istiqamətdə əməkdaşlığın yeni potensialın kəşfinə yol açacağından əminliyini ifadə edib.  

Növbəti gün - 23 aprel tarixində əsas tədbirin plenar iclasında da iştirak edən R. Xalıqov “Asiya - Sakit okean regionunda davamlı inkişaf üçün rəqəmsal innovasiyaların tətbiqi” mövzusunda çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanın rəqəmsal hökumət quruculuğu haqqında məlumat verərək bildirib ki, mövcud elektron hökumət portalı 400-dən çox dövlət xidmətini ölkə vətəndaşları üçün yüksək səviyyədə əlçatan edib. Agentlik rəsmisi “digital.login” sisteminin 100-dən çox dövlət və özəl sektor qurumu tərəfindən istifadə edildiyinə diqqət çəkib və bunun informasiyanın ötürülməsinin effektivliyini və səmərəliliyini artırdığını vurğulayıb. “Azərbaycanda sosial sahə, təchizat, ədliyyə, notariat, təhsil, qida təhlükəsizliyi, vergilər və digər sektorları əhatə edən çoxşaxəli rəqəmsal həllər üzrə əhəmiyyətli inkişafa nail olmuşuq. Yaradılan platformalar hər bir vətəndaşın xüsusi ehtiyaclarını nəzərə alır, şəffaflıq və dayanaqlılığı təmin edir”, - deyə Rəşad Xalıqov tədbir iştirakçılarını məlumatlandırıb. 

Bununla yanaşı, o, Azərbaycanın kağızsız sənəd dövriyyəsi kimi həm rəqəmsallaşmanı sürətləndirən, həm də ətraf mühitin mühafizəsinə töhfə verən layihələrindən də bəhs edib və bu xüsusda COP29-un Azərbaycanda bu il keçirilməsini ölkəmizin dayanıqlı ətraf mühitin təşviq edilməsi yolunda sadiqliyinin təzahürü olduğunu bildirib.  

Qeyd edək ki, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının hər il keçirilən sessiyası regional əməkdaşlıq, iqtisadi və sosial inkişaf üçün platforma rolunu oynayır. Sessiyanın rəqəmsallaşma istiqaməti BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün region ölkələrindən olan dövlət nümayəndələri və digər maraqlı tərəfləri bir araya gətirərək ortaq səylərin gücləndirilməsini hədəfləyir.  
 

Seçilən
139
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1357
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
947
Bu yol qovşağında təmir işləri aparılacaq
609
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
377
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
336
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
311
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
307
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
254
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
223
Çingiz Mustafayevin toyudur - FOTOLAR
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
190
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
170
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
132
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
96
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
93
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
87