AZ

İspaniya "Qızıl viza" tətbiqinə son qoyur

İspaniyada 2013-cü ildən qüvvədə olan “Qızıl viza” tətbiqi ləğv ediləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançez məlumat verib.

O bildirib ki, xaricilərə ölkədə ev aldıqları halda müvəqqəti və ya daimi yaşayış icazəsi verən “Qızıl viza” ləğv edilir.

“Qızıl viza”, İspaniyada bir bank hesabında ən az 1 milyon avro saxlamaq və ya daşınmaz əmlak almaq müqabilində verilirdi. 

Qeyd edək ki, “Qızıl viza”dan yararlananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib.

Bundan faydalanan xarici vətəndaşların siyahısına Çin, Rusiya, İran, ABŞ və Venesuela ilk 5-likdə yer alıb.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
12
demokrat.az

10Mənbələr