AZ

İspaniya "Qızıl viza"nı LƏĞV EDİR

İspaniyanın Baş naziri Pedro Sançez ölkədə 2013-cü ildən qüvvədə olan və xaricilərə ev aldıqları və ya sərmayə qoymaları halında müvəqqəti və ya daimi yaşayış icazəsi verilməsini nəzərdə tutan “Qızıl viza” tətbiqinin ləğv ediləcəyini açıqlayıb.Bakıvaxtı.az xəbər verir ki, o , bu barədə Sevilyada keçirilən tədbirdə bildirib.  Nazirlik tərəfindən hazırlanan hesabatın sabah Nazirlər Kabinetində müzakirəyə çıxarılacağını bildirən Sevilya, yeni qərarın əhatə dairəsi və qüvvəyə minmə tarixi ilə bağlı məlumat verməyib. Qeyd edək ki, xarici sərmayəçilərin asanlıqla yaşayış icazəsi almasına imkan verən Qızıl Viza tətbiqinə keçən İspaniya, yaşadığı iqtisadi böhran səbəbiylə 2013-cü ildə bu günə qədər İspan şirkətlərinin iştirak etdiyi səhmlərə sərmayə yatırma imkanı təmin edib. O, bunu ən azı 500 min avro dəyərində olan daşınmaz əmlaka sahib olmaq, biznes qurmaq və ya almaq müqabilində verib.İspaniyada Qızıl Vizadan faydalananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib. Bundan daha çox  Çin, ABŞ, Rusiya və İran vətəndaşları faydalanıb.  Günəş Mərd   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
12
bakivaxti.az

10Mənbələr