AZ

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Nurlan Məhərrəmov 1993-cü il təvəllüdlü Əliyev Rasim Mədət oğlunu mənzildə mübahisə zamanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
100
11
Mənbələr
Şərh ()
Bağla