AZ

Məhkəmə Saatlıda evdən oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Saatlıda evdən oğurluq etməkdə təqsirləndirilən Emin Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

Hakim İxtiyar Abuşovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Sabirabad sakini Emin Abbasov rayonun Yeni Novruzlu kəndi ərazisində yerləşən evlərdən birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
94
11
Mənbələr
Şərh ()
Bağla