AZ

Tayvanın vitse-prezidenti Çexiyada izlənib – Çin səfiri qovula bilər

Çex hökuməti mart ayında ölkəyə səfəri zamanı Tayvanın yeni seçilmiş vitse-prezidenti Hsiao Bi-himi izləməkdə günahlandırılan Çin səfirliyinin bir işçisinin iştirak etdiyi iddia edilən hadisəni araşdırır.“Focus Taiwan” xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilir ki, Hsiao Bi-him seminarda çıxış etmək üçün Praqadakı “Sinopsis” analitik mərkəzinin dəvəti ilə martın 17-dən 19-dək Mərkəzi Avropa ölkəsinə səfər edib. Çexiyada fəaliyyət göstərən Avropa Dəyərləri üzrə Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Yakub Jandanın açıqlamasına görə, Hsiao Bi-himin korteji Praqa hava limanından şəhər mərkəzinə gedən zaman bir avtomobil onu izləyib. "Çexiya Polis Mühafizə Xidməti bu avtomobili saxlayıb və onun Praqadakı Çin Səfirliyinin hərbi bölməsindən olan Çin diplomatına məxsus olduğu müəyyən olunub. Çin hökumətinin nəzarəti Hsiao Bi-himin Praqadakı otelinə gələnə qədər davam edib”."Seznam Zpravy" qəzetinin yazdığına görə, hadisədən sonra Çin səfiri Feng Biaonu Çexiya XİN-ə çağırılıb. XİN başçısı Yan Lipavski səfirlə görüşdə Fengin məsələni izah etmə tərzindən razı olmayıb və deyib ki, onun nazirliyi bu məsələni bağlanmış hesab etmir. O, çinli diplomatı persona non-qrata elan etməyi düşünür. Çexiya hökuməti Hsiao Bi-himin üç günlük səfəri zamanı təhlükəsizliyinə cavabdeh olduğunu əlavə edib.Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, senator Pavel Fişer bildirib ki, Çin diplomatının iddia edilən davranışı “qanqster kimidir” və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomat ölkədən çıxarıla bilər.


Çin Xarici İşlər Nazirliyi və Praqadakı səfirliyi diplomatlarından birinə qarşı irəli sürülən ittihama indiyədək heç bir cavab verməyib.Çexiyadan başqa, Hsiao Bi-him keçən ay Polşa, Litvada və Avropa Parlamentində də olub və burada Tayvana dost Avropa parlamentariləri ilə görüşüb.SƏMLAAzPolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
25
azpolitika.info

10Mənbələr