AZ

Avropa Komissiyası iddiaları RƏDD ETDİ - Türkiyə şirkətinə qarşı...

Avropa Komissiyası Türkiyənin "Southwind Airlines" şirkətinə qarşı heç bir sanksiya tətbiq etmədiyini bəyan edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər Rusiya ilə əlaqələrə görə Türkiyə ilə Avropa İttifaqı arasında uçuşlara qadağa qoyulub.

"Aİ sanksiyaları üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilir və Aİ-nin rəsmi jurnalında dərc olunur. Bu günə qədər Aİ sözügedən şirkətə qarşı heç bir belə sanksiya qəbul etməyib", - məlumatda deyilir.

Qeyd olunub ki, Avropa İttifaqı üzv dövlətlərin Aİ sanksiyalarının səmərəli həyata keçirilməsinə yönəlmiş hərəkətlərini dəstəkləyir.

Martın 29-da REN TV xəbər verib ki, rusiyalı turistlər Hurqada hava limanında Moskvaya uçmaq üçün 14 saatdan çox gözləməli olublar. 

Məlum olub ki, problem Aİ-nin Türkiyənin “Southwind Airlines” aviaşirkətinə Rusiya ilə əlaqələrinə görə Avropa üzərindən uçuşlara qadağa qoyması səbəbindən yaranıb.

Brüssel iddia edir ki, daşıyıcı Rusiya ilə bağlıdır, şirkət üzərində mülkiyyət və faktiki nəzarətin əsas payı Türkiyədə deyil, Rusiya Federasiyasındadır. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
musavat.com

10Mənbələr