AZ

Premyer Liqa: “Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə etdi

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, son oyun \"Neftçi Arena”da keçirilib.

Turnir cədvəlində \"qonşu” olan komandalar - \"Neftçi” ilə \"Sumqayıt” üz-üzə gəliblər. Görüşdə hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə Yuri Matias avtoqol müəllifi olub.

\"Neftçi”nin cavab qolu özünü 60 dəqiqə gözlədib. Belə ki, 73-cü dəqiqədə kapitan Emin Mahmudov \"status-kvo”nu bərpa edib. Yarımmüdafiəçinin penalti zərbəsini qapıçı qaytarsa da, Mahmudov dönən topu ikinci cəhddə qapıdan keçirə bilib.

Qarşılaşma 1:1 hesabı ilə də yekunlaşıb. Bununla xallarının sayını 44-ə çatdıran \"Neftçi” turnir cədvəlində üçüncü pilləyə düşüb. Dördüncü sıradakı \"Sumqayıt”ın hesabında isə 43 xal var.

Turun əvvəlki oyunlarında \"Kəpəz” \"Araz-Naxçıvan”ı (2:1), \"Turan Tovuz” \"Sabah”ı (2:0), \"Qarabağ” \"Səbail”i (4:2), \"Zirə” isə \"Qəbələ”ni (4:0) məğlub edib.

Qeyd edək ki, XXX turun matçları 12-14 apreldə keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
8
azxeber.com

10Mənbələr