AZ

Premyer Liqa: “Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə edib

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub...“Report”un məlumatına görə, son oyun “Neftçi Arena”da keçirilib.Turnir cədvəlində “qonşu” olan komandalar - “Neftçi” ilə “Sumqayıt” üz-üzə gəliblər. Görüşdə hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə Yuri Matias avtoqol müəllifi olub.“Neftçi”nin cavab qolu özünü 60 dəqiqə gözlədib. Belə ki, 73-cü dəqiqədə kapitan Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yarımmüdafiəçinin penalti zərbəsini qapıçı qaytarsa da, Mahmudov dönən topu ikinci cəhddə qapıdan keçirə bilib.Qarşılaşma 1:1 hesabı ilə də yekunlaşıb. Bununla xallarının sayını 44-ə çatdıran “Neftçi” turnir cədvəlində üçüncü pilləyə düşüb. Dördüncü sıradakı “Sumqayıt”ın hesabında isə 43 xal var.Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” “Səbail”i (4:2), “Zirə” isə “Qəbələ”ni (4:0) məğlub edib.Qeyd edək ki, XXX turun matçları 12-14 apreldə keçiriləcək.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
8
poliqon.az

10Mənbələr