AZ

Binanın birinci mərtəbəsindəki yanğın söndürülüb

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Xəbəri FHN mətbuat xidməti yayıb. 
Məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Hadisə nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12 kv.m sahədə otaq əşyaları və 24 p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 bina sakini təxliyə edilib.
Bundan əlavə, Bakının Nəsimi, Nizami və Binəqədi rayonlarında da lokal yanğın hadisələrinin qarşısı alınıb. 
P.ƏMİRCANOV
XQ

Seçilən
157
3
Mənbələr
Şərh ()
Bağla