AZ

Binəqədidə binada baş verən yanğın söndürülüb

Bakı, 6 aprel, AZƏRTAC

Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12 kvadratmetr sahədə otaq əşyaları və 24 paqonometr elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafizə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

 

Seçilən
145
3
Mənbələr
Şərh ()
Bağla