AZ

Yens Stoltenberq Ukraynada müharibənin iki inkişaf ssenarisini açıqlayıb

"NATO müttəfiqləri tərəfindən lazımi dəstək verilərsə, Ukrayna daha çox ərazilərini geri qaytara biləcək..."
 
"Rusiya Ukraynaya hərbi müdaxilə zamanı böyük itkilərdən sonra öz ordusunu bərpa edib..."
 
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada müharibənin iki inkişaf ssenarisini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Brüsseldə Alyans üzvü ölkələri xarici işlər nazirlərinin iki günlük iclasının yekunlarına dair brifiqndə bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
"Döyüş meydanında vəziyyət mürəkkəbdir. Biz Rusiyanın cəhbə xətti boyunca təzyiq etdiyini və daha çox qoşun səfərbər etdiyini görürük, lakin o həmçinin əhəmiyyətsiz nailiyyətlər üçün şəxsi heyəti və texnikasını qurban verməyə hazıdır", - Stoltenberq deyib.
 
Belə vəziyyəti o, ciddi adlandırıb. "Məhz buna görə də Ukraynaya daha çox dəstək verilməsindən söhbət gedəndə burada təcililik amili mövcuddur", - NATO baş katibi deyib.
 
O, əmindir ki, fundamental olaraq vəziyyətin gələcək inkişafının iki ehtimal edilən ssenarisi mövcuddur.
 
"Biri ondan ibarətdir ki, NATO müttəfiqləri daha çox dəstək verməyə qadirdir və Ukrayna daha çox ərazilərini geri qaytara biləcək.
 
Digər ssenari belədir ki, biz bunu edə bilməyəcəyik. O zaman Rusiyanın daha çox əraziləri zəbt etmək kimi ciddi risk mövcud olacaq və sonra biz daha çox təhlükəli mövqedə olacağıq", - Stoltenberq hesab edir.
 
Bununla bağlı o, deyib ki, Ukraynada ədalətli və möhkəm sülhə aparan yeganə yol Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsindədir.
 
"Çünki bu, prezident Putinin döyüş meydanında qələbə qazana bilməyəcəyinə inandırmağın yeganə üsuludur. Bu, onun danışıqlar masası arxasında əyləşib müəyyən məqbul qərarın qəbul edilməsi ilə bağlı razılığa gəlməyə inandırmağın yeganə üsuludur, bu qərara uyğun olaraq Ukrayna suveren və müstəqil dövlət kimi üstünlük əldə edəcək", - Stoltenberq vurğulayıb.
 
Baş katib bunun mümkün olacağına qətiyyətlə inanır, çünki ukraynalılar müttəfiqlər tərəfindən tədarük edilən silahdan səmərəli istifadə etdiyini artıq sübut edib.
 
"Əgər NATO müttəfiqləri bizim verməli olduqlarımızı tədarük edə bilsələr, o zaman mən tamamilə əminəm ki, ukraynalılar yeni uğurlar əldə edəcək və məhz buna görə də biz daha çoxunu verməliyik", - baş katib vurğulayıb.
 
O, əlavə edib ki, müttəfiqlər Ukraynaya hərbi dəstəyi daha çox təmin etməlidir.
 
Ukraynada müharibə-fikirlər
 
Sorğu keçirilən vətəndaşların 50 faizindən azı Ukraynanın 1991-ci ilin sərhədlərinə dönə biləcəyinə inanır.
 
Bunu Beynəlxalq Respublika İnstitutu Təhlil və Sosioloji Tədqiqatlar Mərkəzi adından "Reytinq" Sosioloji Qrup tərəfindən 17-21 fevral 2024-cü ildə keçirilən sorğunun nəticələri sübut edir.
 
Sosioloqlar o cümlədən Ukraynanın müharibədən sonra sərhədlərinin necə olacağı barədə sorğu edib. Rəyi soruşulanların 48 faizi hesab edir ki, Ukrayna 1991-ci ildəki sərhədlərini qoruyub saxlayacaq.
 
ABŞ Dövlət Departamentinin nümayəndəsi Kurt Kembell bəyan edib ki, Rusiya Ukraynaya hərbi müdaxiləsi zamanı böyük itkilərdən sonra ordusunu bərpa edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
43
moderator.az

10Mənbələr