AZ

NATO-nun Ukraynada missiyası yaradılacaq

NATO-nun

NATO Ukraynaya dəstək missiyası yaradacaq.

Reyting.az
xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansının xarici siyasət idarələri rəhbərlərinin Brüsseldə keçirilən görüşündən sonra deyib.

“Biz Ukraynada NATO missiyası yaratmaq qərarına gəldik. Bu o demək deyil ki, biz müharibəyə gedəcəyik, lakin indi biz Ukraynaya daha koordinasiyalı şəkildə dəstək vermək üçün alyansın koordinasiya, təlim və planlaşdırma imkanlarından istifadə edə biləcəyik”, - Polşa Xarici İşlər Nazirliyi diplomatdan sitat gətirib.

Xatırladaq ki, bir gün əvvəl Sikorski NATO xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl də belə bir missiya yaratmağın planlaşdırıldığını açıqlayıb. O qeyd edib ki, bu missiya Ukraynada döyüş əməliyyatlarında iştirak etməyəcək.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
43
reyting.az

10Mənbələr