AZ

Ruslar Zaporojyeyə raket zərbələri endirdi: ölənlər var

Ukraynanın Zaporojye vilayəti Rusiya ordusunun raket hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri İvan Fedorov məlumat verib.

Onun sözlərinə görə, axşam saatlarda ruslar Zaporojyeyə, əsasən mülki infrastruktura 5 raket zərbəsi endirib:

"Saat 18:10-a olan məlumata görə, artıq 3 nəfər ölüb, 13 nəfər yaralanıb. Dörd nəfərin vəziyyəti ağırdır. İndi ən azı üç çoxmərtəbəli binanın və ən azı on fərdi evin qismən zədələndiyi barədə məlumat var".

Seçilən
119
4
Mənbələr
Şərh ()
Bağla